Klub xəbərləri
- 12.06.2012 / 0 şərh / 13869 -dəfə baxılıb
Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" təlim məşq toplanışının ilkin mərhələsini keçmək üçün bu gün Türkiyəyə yola düşüb.
Bolu şəhərində məskunlaşacaq komandamızın ilk hazırlıq mərhələsi iyun ayının 27-də yekunlaşacaq. Hazırlıq dönəmində "Neftçi" 2-3 yoxlama matçında qüvvəsini sınayacaq. 3 günlük fasilədən sonra isə "Neftçi" Avstriyaya yollanacaq. Adı çəkilən ölkədə komandamız hazırlığın ikinci mərhələsini keçirəcək.