Klub xəbərləri
- 16.06.2012 / 0 şərh / 13790 -dəfə baxılıb
Avstriya təlim-məşq toplanışı çərçivəsində "Xəzər Lənkəran"ın ilk yoxlama oyunu baş tutdu. Komandamızın rəqibi Almaniya Regional Liqasında çıxış edən "Starnberq" klubu oldu. Qarşılaşma futbolçularımızın 6:0 hesablı qələbəsi ilə yekunlaşdı.
“Xəzər Lənkəran” meydana aşağıdakı start heyəti ilə çıxdı: Kamal Bayramov, Elnur Allahverdiyev, Eder Bonfim, Rodomir Todorov, Elvin Beqiri, Elnur Abdullayev, Branimir Subaşiç, Robert Alviz, Rikardo Qomeş, Rahid Əmirquliyev, Adrian Pit.
İlk hissədə Branimir Subaşiç fərqlənərək hesabı açdı və fasiləyə qədər hesab dəyişmədi. İkinci hissədə Yunis Hüseynov Adrian Skaralatake, Joao Paulo Pinto, Akif Tağıyev, Ruslan Abışov, Kamran Abdullazadə və Elvin Mirzəyevi matçın müxtəlif dəqiqələrində meydana buraxdı ki, portuqaliaylı Joao Paulo Pintonun het-triki və Kamran Abdullazadə ilə Rahid Əmiruliyevin qollari ilə komandamız böyük hesablı qələbə qazanıb - 6:0.
Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti matçını 20 iyunda Kiyev " Dinamo"sunun əvəzedici heyətinə qarşı keçirəcək.