Klub xəbərləri
- 22.06.2012 / 0 şərh / 20201 -dəfə baxılıb
Ötən müvsüm "Bakı"dan ayrılan və "İnter"in heyətində çıxış edən Əziz Quliyev Sloveniyada təlim-məşq toplantısı keçirən "Bakı"nın düşərgəsindədir. Gənc yarımmüdafiəçi komandamızın məşqlərində iştirak edir.
Milli komandasının oyunu səbəbindən toplanışa gec qoşulan İbrahim Karqbo da məşqə çıxanlar arasında olub. Elvin Əliyev, Elşad Manafov, Uinston Parks və İbrahim Karqbo fərdi məşq edərkən, qrup halında meydan çıxan futbolçular fiziki düzümlülüyün artırılması istiqamətində çalışıblar.
Hazırlıqlarını gündə iki məşqlə davam etdirən "Bakı" bu gün yoxlama oyununa çıxacaq. Rəqibimiz Ukrayna liqasının 6-cı komandası olan "Tavriya"dır.