Milli yığma
- 29.02.2012 / 0 şərh / 3879 -dəfə baxılıb
- Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan milli komandamız bu gün Dubayda son yoxlama oyununu keçirib. Yığmamızın bu dəfəki rəqibi Fələstin seçməsi olub.
Bakı vaxtı ilə saat 17:30-da başlayan görüş millimiz üçün heç də yaxşı nəticələnməyib. Komandamız özündən qat-qat zəif rəqibinə məğlub olaraq, meydanı başıaşağı tərk edib.
Qeyd edək ki, millimiz bundan əvvəl Sinqapurla yoldaşlıq oyununda 2:2 hesablı heç-heçə edib. Son olaraq isə Hindistan kollektivi ilə qarşılaşan Berti Foqtsun komandası inamlı qələbə qazanıb - 3:0.
Yoldaşlıq oyunu
Azərbaycan - Fələstin - 0:2
Qırmızı vərəqə: Rəşad Sadiqov
Baş hakim: Əli Həmad
Baş hakimin köməkçiləri: Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah
Dördüncü hakim: Yaqup Qasem
Dubay."The Sevens" stadionu