Milli yığma
- 24.02.2012 / 0 şərh / 2230 -dəfə baxılıb
- Azərbaycan yığmasının yeni məşqçisi, Berti Foqtsun əsas köməkçisi təyin olunan Nazim Süleymanov Dubayda keçirilən Sinqapurla yoxlama matçından sonra fikirlərini açıqlayıb.
O, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları deyib: "Son dəqiqələrdə qol buraxmağımızdan narazıyıq. Amma bu, bir yoxlama matçı idi. Qələbə qazansaydıq, hamı sevinərdi, komandadakı atmosfer də yaxşı olardı. Görünür, uşaqlar son dəqiqələrdə konsentrasiyanı itirdilər. Gənc futbolçulara indidən qiymət vermək olmaz. Bütövlükdə, onlar özlərini heç də pis tərəfdən göstərmədilər".