Milli yığma
- 27.02.2012 / 1 şərh / 3031 -dəfə baxılıb
- Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib. Rəqib Hindistan yığması olub.
Qarşılaşma komandamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində baş tutub. “The Sevens” stadionunda keçirilmiş qarşılaşma millimizin böyük hesablı qələbəsi ilə nəticələnib – 3:0. Hesabı 3-cü dəqiqədə Vüqar Nadirov açıb. 43-cü dəqiqədə Mahir Şükürov özünə qarşı kobudluqdan sonra təyin edilmiş penaltini dəqiq yerinə yetirib. Matçda son nöqtəni isə ikinci hissədə meydançaya daxil olmuş Nizami Hacıyev 84-cü dəqiqədə qoyub.
Millimiz Dubayda hazırlıq prosesinə fevralın 22-dən başlayıb. Bundan 2 gün sonra baş məşqçi Berti Foqtsun komandası ilk yoldaşlıq görüşünə çıxıb. Yığmamız tarixində ilk dəfə Sinqapurla qarşılaşıb. Millimiz FİFA-nın son reytinq siyahısında 148-ci yerdə olan Asiya təmsilçisi ilə bacarmayıb – 2:2. Hindistan isə reytinqcə Sinqapurdan da geridə - 154-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, Azərbaycan millisinin 2012-ci ildə ilk qələbəsi olub. Daha öncə yığmamız Sinqapurla heç-heçə edib – 2:2. Komandamız növbəti görüşünü fevralın 29-da Fələstinə qarşı keçirəcək.