Milli yığma
- 27.02.2012 / 0 şərh / 2262 -dəfə baxılıb
- "Bu gün bütün komanda yaxşı oynadı. Təki belə qələbələrimiz çox olsun". Bu sözləri Hindistan yığması ilə oyundan sonra millimizin baş məşqçisi Berti Foqts deyib. Oyunla bağlı fikirlərini bildirən alman mütəxəssis hücum xəttindən narazılığını gizlətməyib:
"3 qol vursaq da, daha çox fərqlənə bilərdik. Ancaq çoxlu qol imkanlarından yararlana bilmədik. Hücumda daha yaxşı oynamalıyıq. Güclü rəqiblərlə oyunlarda az səhv etməliyik. Çünki güclü rəqiblər səhvləri bağışlamır".
Qeyd edək ki, Azərbaycan - Hindistan oyunu millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.