Milli yığma
- 28.02.2012 / 0 şərh / 2350 -dəfə baxılıb
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin müsahibəsi
- Gəlin unutmayaq ki, rəqiblərin heç biri zəif olmur. Sadəcə, ağıllı və ağılsız futbol oynayanı var. Hamı meydana qələbə qazanmaq üçün çıxır. Bizə də qələbə lazımdır. Çünki qələbə sənin, mənim yox, Azərbaycanınındır.
- Deyəsən, qapıda darıxırdınız?
- Amma əsl oyunlarda belə olmur.
- Sinqapurla oyunla müqayisədə, millimiz bu dəfə necə təsir bağışladı?
- Fikrimcə, komanda Sinqapurla qarşılaşmada da yaxşı oynadıq. Amma yaranan fürsətlərdən yararlana bilmədik. Bilirsiz, motivasiya söhbəti var, 2:2 hesablı nəticədən sonra tənqidə tuş gəldik. Bu nəticə qeydə alınmamalı idi. Hindistanla qarşılaşma isə yaxşı keçdi. Qələbə qazanmağımız yaxşı, qol epizodlarından yararlana bilməməyimiz isə pis haldır. İmkan düşdükcə, vurmaq lazımdır. Biz bacarmadıq, əvəzində rəqib fərqləndi. Sinqapurla görüşdə də belə oldu. Çoxlu fürsəti boşa verdik, amma son saniyədə qapımızda qol gördük.
- Sinqapur güclü idi, yoxsa Hindistan?
- Əlbəttə ki, Sinqapur.
- 5 futbolçunun cəzalanmasına səbəb olan şəkil barədə nə deyə bilərsiniz?
- Mən belə şeylərə qarışmıram.
- Buna şərh verməyinizi istəmirik. Sadəcə, həmin hadisə komandaya necə təsir etdi?
- Yaxşı hal deyil. Bununla belə, bu haqda danışmaq istəmirəm. Çünki başım qalmaqaldan yeni qurtarıb. Hələ də qalmaqaldayam.
- Qalmaqalınız kiminlədir?
- Bilirsiz, yığmanın düşərgəsində klub barədə danışmaq düzgün deyil. 1 dəfə oynamayanda hamı məndən yazır. Belə şeylər mənə pis təsir edir. Zəng edib, telefonuma mənə belə şeyləri deməyi pisimə gəlir.
- Sizə zəng edən kimdir?
- Naməlum adamlardı, kim olduqları bilinmir. Kimin nə sözü varsa, gəlib üzümə desinlər. Klubun məşqçisi, həkimi var. Özümü pis etdiyimdən oynamamışam, burda qəbahət nə var ki...