Milli yığma
- 29.02.2012 / 0 şərh / 3918 -dəfə baxılıb
- Berti Foqts millimizin təlim-məşq toplanışı və yoldaşlıq oyunlarını izləmək üçün Dubaya gələn Premyer Liqa klublarının çalışdırıcıları ilə görüşüb. Yığmamızın baş məşqçisinin köməkçisi Nazim Süleymanov, baş məşqçilər – Fuad İsmayılov (“Kəpəz”), Qurban Qurbanov (“Qarabağ”), Bəhmən Həsənov (“Rəvan”), Rafiq Mirzəyev (AZAL), Cüneyt Biçər (“Xəzər Lənkəran”), Kaxaber Sxadadze (“İnter”) və Bernhard Raabın (“Sumqayıt”) iştirak etdiyi görüşdə komandamızın və klublarımızın məşq prosesi, futbolçuların hazırlıq səviyyəsi, ümumilikdə, Azərbaycan futbolu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.