Milli yığma
- 16.06.2012 / 0 şərh / 13908 -dəfə baxılıb
AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Sumqayıt" klubunun nəzdindəki U-15 və U-16 komandalarının uzvlərindən təşkil olunmuş komanda ilə yoldaşlıq oyunu keçirib.
Qarşılaşma 11:2 hesabı ilə yıgmamızın xeyrinə başa çatıb. Yığmamızın heyətində Baxşəli Baxşəliyev 4 qol vurub. Azər İsmayılov və Pilağa Mehdiyev dubl edib. Hərəyə 1 dəfə isə Kamran Əliyev, Turan Manafov və Oruc İsmayılov fərqlənib.