Rəylər
- 11.04.2012 / 0 şərh / 2247 -dəfə baxılıb
- “İnter”in hücumçusu Baçana Tsxadadzenin müsahibəsi
- “Qarabağ”la qarşılaşma çətin və kifayət qədər maraqlı mübarizə şəraitində keçdi…
- Oyun çox yaxşı alındı. Məhz belə matçlar da çempionatı bəzəyir. Düşünürəm ki, hər iki komanda Azərbaycanı avrokuboklarda təmsil etməyə layiqli oyun nümayiş etdirdi. Etiraf edim ki, “Qarabağ”ın oyunu məndə rəğbət doğurur. Bu komandaya qarşı oynamaq həmişə maraqlıdı. Təəssüf ki, biz acınacaqlı qol buraxdıq, ancaq yaxşı ki, cavab qol vurmaq bizə müyəssər oldu.
- Matçadək səhhətinlə bağlı problem vardı. Yüksək temperatura görə bir neçə məşqi buraxmalı olmuşdun…
- Səmimi deyim ki, buna görə mən komandayla 6 gün ərzində məşq etmədim. Oyuna bir gün qalmış uşaqlarla birlikdə cəmi bir məşq keçirdim. İdeyaya görə, mən “Qarabağ”la meydana çıxmamalıydım, lakin son anda adımın iştirak ərizəsinə salınması qərara alındı. Mənə göstərilən etimada görə məşqçilər heyətinə təşəkkür etmək istəyirəm. Bundan sonra da etimadı doğrultmağa çalışacağam.
- Çempionatın son üç matçında “İnter” üç məğlubiyyətə uğradı, lakin “Qarabağ”la oyunda bu xoşagəlməz seriya qırıldı. Necə düşünürsən, bu qarşılaşmanın komandanın o qədər də yaxşı olmayan psixoloji vəziyyətdən çıxmasına və yenidən öz gücünə inamın artmasına kömək edəcəkmi?
- Fikrimcə, “Qarabağ”la matçadək biz bu vəziyyətdən çıxmışdıq. Komanda ötən oyunlarda məğlub olmuşdu, amma indi biz yenidən öz gücümüzə inandıq və bu vəziyyət də oynumuzda mütləq müsbət əks olunmalıdı.
- “Neftçi” ilə qarşıdakı matç barədə nə deyə bilərsən?
- Düşünürəm ki, “Neftçi” – “İnter” matçının afişası artıq çox şeydən xəvər verir. Bu, hər iki komanda üçün çox vacib oyun olacaq.