Rəylər
- 11.04.2012 / 0 şərh / 2347 -dəfə baxılıb
- AZAL-la gizli danışıqları alınmayan İqor Ponomaryov Azərbaycandan ayrılıb. Bir həftə Bakıda qalan mütəxəssis İsveçə qayıdarkən son müsahibəsini verib.
- Azərbaycan çempionatını yaxından izləmirsiz?
- Nəticələrdən xəbər tuturam. Burda bir neçə oyunu izlədim. Bir qədər irəliləyiş hiss olunur. Əsas da ilk «altılıq»da mübarizə daha gərgin gedir. Yuxarı yerlərdə komandalar arasında xal fərqi yüksək deyil.
- Sizcə, çempion kim olacaq?
- «Neftçi»nin çempion olmaq şansı yüksəkdi. Çünki əsas rəqiblərini xalda qabaqlayır. Bunu qorusalar, çempion ola bilərlər. Hər hallda «Neftçi»nin bu xal fərqini qoruması üçün yaxşı futbolçuları var. Mənə elə gəlir ki, ötən il olduğu kimi, «Neftçi» yenə də çempion olacaq.
- Azərbaycana gəlişiniz nəylə bağlıdı?
- Dostlarım üçün darıxmışdım. Futbola bağlı bəzi məsələlər də vardı. Dostlarımla görüşdüm, işlərimi qaydasına saldım. Artıq evə qaydıram.
- Futbola aid məsələlər deyəndə, AZAL-la danışıqları nəzərdə tutursuz?
- Ümummiyyətlə, AZAL-la danışığım olmayıb. Nə ordan dəvət almışam, nə də klub rəhbərliyi ilə görüşmüşəm. Bu söz-söhbətlər haradan çıxır, mən başa düşə bilmirəm. Artıq AZAL-ın baş məşqçisi var. Komandanı Vaqif Sadıqov çalışdıracaq.
- Sizcə, Vaqif Sadıqov AZAL-la nəticə verə biləcək?
- Onun məşqçilik təcrübəsinə və savadına heç bir şübhəm yoxdu. Vaxtıilə yığma komandanı çalışdırıb. Bundan əvvəl də «Anji»də baş məşqçinin köməkçisi işləyib. Vaqif Sadıqovdan çox şey gözləyirəm. O, üzərinə düşən vəzifənin məsuliyyətini yaxşı dərk edir. İnaıram ki, Vaqif ən yaxşı nəticəni göstərib, komandanı yüksək yerlərə daşıyacaq.
- Bəs siz nə vaxt işə başlayacaqsız?
- Hələ bilmirəm. İndi şəxsi işlərim var. Başım çox qarışıqdı.
- Hansısa klubdan dəvət almısınız?
- Hələ belə bir təklif gəlməyib. Belə bir dəvət gəlsə, baxacam. Şərtləri məni qane etsə, ola bilsin, işləyim.
- Oğlunuz Anatolinin karyerasını vaxtından əvvəl başa vurmasına necə baxırsız?
- Düzü, onun erkən futbolla vaidalaşmasını istəmirdim. Hətta belə bir addım atanda ona məshələt də verdim. Dedim ki, yaxşı fikirləş. O da qərarında israrlı olduğunu bildirdi. Onun həyatına bir ata kimi qarışa bilərəm. Amma işinə müdaxilə edə bilmərəm. Bu, onun şəxsi qəraradı və fikrindən daşındırmaq istəmədim. İndi futbol agenti kimi fəaliyyət göstərir. Hələ yeni olduğu üçün əvvəlcə münasibətlər qurmağa çalşır. Bu sahədə yeni olduğundan bir müddət işləri öyrənməlidi. Ondan sonra hər şey yoluna düşəcək.
- Niyə Tolik bir futbolçu olaraq sizin kimi üzə çıxmadı?
- Günahı özündə axarmalıdı. Tez-tez komanda dəyişmək futbolçuya xeyir vermir. Hər dəfə başqa-başqa atmosferə düşürsən. Tolik də bir yerdə qərar tutmurdu. Bəzən isə zədə alaraq xeyli vaxt oynamırdı. Bütün bunlar əleyhinə işlədi. Rejimə o qədər də fikir verən deyildi. Həm ata, həm də məşqçi kimi ona tövsiyələr verirdim. Ancaq tənbəllik öz sözünü dedi. Görünür, məhz bu amillər onun İqor Ponomaryov səviyyəsinə çatmasına imkan vermədi.