Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
12.04.2012 / 0 şərh / 2440 -dəfə baxılıb

Başıbəlalı çempion (Yazı)

Futbol üzrə ölkə çempionatının I divizionunda qalibin adı bəllidi. XXV turun oyunlarından sonra "Qaradağ Lökbatan" qızıl medalları təmin edərək, premyer-liqaya yeganə birbaşa vəsiqənin sahibi oldu.

Adil Mahmudovun komandası səfərdə "Şahdağ"a uduzsa da (0:1), mövsümdəki ilk məğlubiyyət onların birinciliyi təmin etməsinə mane olmadı. Belə ki, liderin ən yaxın izləyicisi "Karvan" da "Neftçala"ya eyni hesabla uduzdu. Bununla da Yevlax təmsilçisi hətta ikinci pilləni də əldən verdi. Hazırda 22 oyundan 59 xalı olan "Qaradağ Lökbatan" 3 oyunu qalan "Neftçala"nı 13, hələ 5 oyun keçirəcək "Karvan"ı isə 16 xal qabaqlayır. Bu isə paytaxt klubunun elitada yerini təmin etməsi deməkdi.

"Qaradağ Lökbatan" çempion olsa da, "Abşeron"un uğurunu təkrarlaya bilmədi. Mahmudovun rəhbərlik etdiyi kollektiv Mirbağır İsayevin artıq tarixin yaddaşına köçən komandası kimi məğlubiyyətsizlik seriyasını sonadək davam etdirməyi bacarmadı.

Yeri gəlmişkən, artıq indidən "Qaradağ Lökbatan"ın "Abşeron"un aqibətini yaşayacağı yönündə informasiyalar yayılmaqdadı. Məsələn, deyilənə görə, AFFA elitanı tərk edəcək "Sumqayıt"a maliyyə dəstəyini dayandıraraq diqqətini başqa istiqamətə yönəldəcək. Belə ki, "Sumqayıt"ın "missiya"sını növbəti mövsümdə "Qaradağ Lökbatan" davam etdirəcək. Yəni, Lökbatan təmsilçisi aşağı yaş qruplarının bazasına çevriləcək. Hazırda I divizionda çempionluğunu elan edən komandanın heç bir oyunçusu isə premyer-liqa üzü görməyəcək. Hətta məşqçilər heyəti də tamamilə istefaya göndərilərək, yerinə başqaları təyin ediləcək. "Abşeron"un başına gələnlər "Qaradağ Lökbatan"ın da başına gətiriləcək. Yeganə fərq isə klubun adının saxlanılması olacaq. "Sumqayıt" isə böyük ehtimalla tarixin yaddaşına köçəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun mayın sonunda təmirə bağlanması da bu prosesi sürətləndirəcək.

"Qaradağ Lökbatan"ın "Sumqayıt"ın funksiyasını daşıyacağı ilə bağlı deyilənlər öz yerində, ümumiyyətlə, bu komandanın premyer-liqada çıxış etməsi söz-söhbətə yol açacaq. Belə ki, "Qaradağ Lökbatan" neçə illərdi "Neftçi" İSM adı altında çıxış edirdi. Bu isə onların digər premyer-liqa təmsilçisi "Neftçi" PFK ilə yaxın olduğunu göstərirdi. Məhz bu üzdən elitaya vəsiqə qazanması mümkün olmayan "neftçilər" adlarını "Qaradağ Lökbatan"a dəyişməklə "Neftçi" PFK ilə eyni liqaya yüksəlmək hüququ qazandı. Amma ad dəyişməklə məsələ həll olunmur ki. Əminliklə deyə bilərik ki, növbəti mövsümdə "Qaradağ Lökbatan"ın "Neftçi"nin farm-klubu olması ilə bağlı söz-söhbətlər tez-tez gündəmə gələcək.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.