Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
12.04.2012 / 0 şərh / 2311 -dəfə baxılıb

Səhv yol (Yazı)

«Qəbələ» nə istədiyini bilmir. Tale Heydərovun futboldan uzaqlığı komandanın simasını korlayır. Burda hər iş pərakəndədi. Heydərov axtardığını tapmır deyə, gözlədiyi də olmur. Olmaya da bilər. Təhlükə var, özü də get-gedə artır. Nikbinlik üçün əsas azdı. Əsas yoxdan bir az yuxarıdı. Ondan yuxarısı indiki «Qəbələ»nin gücü xaricindədi.

Klubla komanda fərqli-fərqli məfhumlardı. Tale Heydərov güclü «Qəbələ» görmək niyyətində qətidisə, komandadan nəticə ummalıdı. Əvvəlcə klubu inkişaf etdirməlidi. Uşaq futboluna külli miqdarda vəsait xərcləyir, öz yerində, amma zamanı qabaqlamamalıdı. Zaman «Qəbələ»ni qabaqlasa, fəsadları xeyrindən qat-qat ağır gələcək. Bu klubda yerlilərin üstünlük təşkil etməsi 3-4 ildən tez baş tutmayacaq. Bir Ürfan Abbasovla heç nə düzəlmir. Ali Yavaşın başçılıq etdiyi türkiyəli məşqçilər korpusuna dəstəyi azaltmamalıdı. «Qalatasaray»a Ardaları, Sabriləri, Semihləri qazandıran Yavaş «Qəbələ»yə hələ çox lazımdı. Bir şərtlə ki, sadəcə, öz üzərinə düşən işi görsün. Uşaq futbolundadısa, əsas komandanın daxili həyatına əl bulamamalıdı.

Fatih Kavlakla «Qəbələ» uğur qazanmayacaq. Kubokda yoxdular, artıq deyə bilərəm ki, çempionatda da ilk 3 yerdən birini tutmayacaqlar. Pulun varlığı nəticəni təmin eləmir. Toni Adamsın səriştəsizliyini görmüşdülər, növbəti səhvi təkrarlamamalıydılar. «Qəbələ»nin uğurlu oyunları o zaman daavamlı hal alacaq ki, futbolçu baş məşqçini saysın. Kavlakı isə komandada saymırlar. Kavlak işlədiyi hər klubda köməkçi işləyib. Baş məşqçi bacarığını görsəydilər, Türkiyədən bir metr da kənara addım atdırmazdılar ona. Ziya Doğanın keçmiş yardımçısı «Qəbələ»də ən yaxşı halda uşaq tərbiyəçisi ola bilər. Deyilənə görə, Kavlakla 1 illik müqavilə imzalanıb. Bu heyətlə o, 5-ci yerdən yuxarı qalxmırsa, gələn mövsüm «Qəbələ»ni ilk «altılıq»da görməyin özü sual altındadı. Mövcud imkanlar daha uğurlu çıxış tələb edir, türkiyəli isə minimum məqsədə zorla çatır.

Kavlak komandanı idarə etməkdə, bəli, zorlanır. Adamsdan sonra yerinə keçməyib, yeni baş məşqçinin yanında köhnə işində qalsaydı, «Qəbələ» daha çox qazanardı. Fiziki hazırlıq üzrə yardımçını vakant posta təyin eləmək klub rəhbərliyinin tələsik qərarı idi və son turlar təsdiqləyir ki, arxı keçmədən «hop» deyiblər. Gecikdilər. Kavlakı «hop» eləyib, vəzifəsindən kənarlaşdırmaq da iyundan tez qarşılıq verməyəcək. Ox kamandan çıxıb.

«Qəbələ» qitəyə səs salmaq kursu götürüb. Adams ucuz reklam oldu. Getdi, heç yerdə iş tapmır özünə. Klubun da daha adı çəkilmir Böyük Britaniyada. Onda nəyə lazım idi Tonini gətirmək? Bir şey ki, klubun idarəçiliyində də yer tapılmadı ona. Tale Heydərov dünyanın ən məşhur məşqçisini dəvət eləsin «Qəbələ»yə, il, pul və nüfuz xərcələyəcək. Qazanmayacaq, itirəcək. Adams və Kavlakda itirdiyi kimi.

Ramiz Məmmədov gözlərinin qabağındadı. İşini də görüblər. Görməsəydilər, yenə fikirləşmək olardı ki, o qala-qala niyə kənarda ümid çırağı gəzirlər. Bugünkü pulu Məmmədovun vaxtında xərcləsəydi, «Qəbələ» çempion da olmuşdu, qitədə də tanınmışdı. Sələflərinin on manatla edə bilmədiyini Məmmədov bir mənatla edirdi. Mən ki yalan demirəm, özlərinə də məlumdu bu fakt. Başqa fakt ki, «Qəbələ»də məsələ düzüb-qoşanlara Məmmədov əngəl yaradacaq. Tale bəy fürsət olsa, bir öyrənsin ki, klubda hamı öz yerindədimi?

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.