Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
20.04.2012 / 0 şərh / 2383 -dəfə baxılıb

\"O vaxt «Xəzər Lənkəran»dan gedəndə, mənim də başıma belə bir iş gəlmişdi\"

Bilindiyi kimi, 2007/08 mövsümündə «Xəzər Lənkəran»ın şərəfini qorumuş Valeri Abramidze sabiq komandası ilə problem yaşayıb. Klubun ziyafət gecəsində qonaqlarla gələn qızlardan birini rəqsə dəvət etdiyi üçün rəhbərliyin qəzəbinə tuş gələn gürcü legioner qovulmuşdu. Hazırda «İnter»in formasını geyinən müdafiəçi FİFA-ya şikayət məktubu göndərəndən sonra «XL»la üzlüşmüşdü.

Ondan Romulo Sivanonun məlum hərəkətinə münasibətini öyrəndik: «Lənkəran klubundan altı xal siliməsinə təəssüflənirəm. Bu, komandanı çox geri saldı. Bu vaxta qədər çəkdikləri zəhmət və əziyyət hədər getdi. FİFA qaydalar çərçivəsində sanksiya tətbiq edir. Beynəlxalq qurumun qoyduğu tələblərə əməl etmək lazımdı. Əməl etməyəndə isə belə olur. O vaxt «Xəzər Lənkəran»dan gedəndə, mənim də başıma belə bir iş gəlmişdi. Mənlə klub arasında baş verənlər indikindən fərqli idi. Lənkərandan gedəndən 6 ay sonra komandaya keçəndə «Xəzər» rəhbərliyi pul istədi. Dedilər ki, bizimlə daha birillik müqavilən var. Əslində isə müqaviləm qurtarmışdı. Müqaviləmin surətini agentimdən alıb, FİFA-ya şikayət edəcəyimi dedim. Ondan sonra geri çəkilməyəcəyimi görüb, transfer vərəqəmi verdilər. Yoxsa başqa kluba keçə bilməzdim. Romulonun məsələsində vaxtında pul ödənilməyib. FİFA belə şeylərdə çox diqqətlidi. Xüsusilə futbolçunun pulu verilməyəndə beynəlxalq qurum klubu deyil, oyunçunu müdafiə edir. Ola bilsin ki, bunun qarşılığında futbolçunun agenti FİFA-dan «Xəzər Lənkəran»dan altı xal silinməsini tələb edib. Ən doğrusu, futbolçunun pulu vaxtında ödəyib, indi belə bir hadisəylə rastalaşmamaq idi».

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.