Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
24.04.2012 / 0 şərh / 2259 -dəfə baxılıb

Neftçi ilə oyun bizim üçün çox vacibdir (Müsahibə)

"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsi

- "Qəbələ"yə qarşı keçirilən qarşılaşma gərginliyi ilə seçildi. Matç çox çətin keçsə də, sonradan "İnter" əzmkar qələbə qazana bildi. Baş tutan görüş barədə nə deyə bilərsiniz?
- Bu oyun bizim üçün çox önəmli idi. Bu qarşılaşma hər iki tərəf üçün böyük əhəmiyyət daşıyırdı. Məqsədimiz qələbə qazanmaq idi ki, buna da nail ola bildik. Avrokuboklara vəsiqə yolunda bu üç xal bizə çox lazım idi.

- Bu turda "Qarabağ"ın məğlub olması da "İnter"in işinə yaradı. Belə ki, komanda Ağdam klubunu keçməklə turnir cədvəlinin 2-ci pilləsinə yüksəldi.
- Fikrimcə, birinci pilləni kimin tutacağı artıq məlum məsələdir. Biz də öz növbəmizdə qalan görüşlərdə qələbə qazanıb 2-ci yeri özümüzdə saxlamağa çalışacağıq. İnşallah, sonda məqsədlərimizə çatacağıq.

- Yeri gəlmişkən, çempionat çərçivəsində keçirilən son 5 matçda "İnter" qələbəyə həsrət idi. Amma bu qələbəni əldə etməklə komanda uğursuz seriyanı dayandırmağı bacardı.
- Mövsümboyu hər komanda bu cür vəziyyətlə üzləşir. Belə enişlərin olması qaçılmazdır. Biz də belə hadisə ilə üzləşdik, amma zənnimcə, "Qarabağ" klubuna qarşı keçirilən qarşılaşmada biz bu seriyaya artıq son qoya bilmişik. "Qəbələ"ylə oyundakı qələbəmizi isə buna sübut kimi göstərə bilərik.

- "İnter"in əsas məqsədlərindən biri Avroliqaya vəsiqə əldə etməkdir. Necə düşünürsən, komanda bu hədəfə çata biləcək gücdədir?
- İnşallah biz bunu edə biləcəyik. Bunun üçün isə mövsümün qalan qarşılaşmalarında yaxşı oyun göstərmək və tam gücümüzlə mübarizə aparmaq lazımdır.

- Artıq çərşənbə günü "İnter"i Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində "Neftçi"ylə çətin səfər qarşılaşması gözləyir. Baş tutacaq bu görüş haqqında nə deyə bilərsən?
- Bu oyun bizim üçün çox vacibdir. Məqsədimiz kubokun finalına çıxmaqdır, lakin biz bilirik ki, bunu etmək çox çətin olacaq. Komandamızı gərgin mübarizə gözləyir.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.