Rəylər
- 09.05.2012 / 0 şərh / 14117 -dəfə baxılıb
- “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin müsahibəsi
- Bizdə olan məlumata görə, səhhətinizdə problem yarandığına görə, məşqlərə qatıla bilmirsiniz. Yenə nə olub?
- Yox, səhhətimdə heç bir problem yoxdur. Şəhərdə tıxac vardı. Ha ora bura getsəm də, gördüm alınmır. Amma mən məşqə yubanmamışam. Zəng vurub tapşırdım ki, məşqə başlamasınlar özüm gəlirəm.
- Vəzifəyə gəldikdən sonra çempion heyəti qorudunuz və istəyinizə çatdınız. Hazırda isə Çempionlar Liqasına hazırlaşırsınız və iki transfer həyata keçirmisiniz...
- Eşidirsən, mən Rəşad Sadiqovla Julius Vobayın keçidini sizin saytdan oxumuşam. Xəbərim yoxdur. Qoy gəlsinlər, daha sonra danışarıq.
- Amma Rəşad və Vobay açıqlama verərək, müqavilə bağladıqlarını deyiblər. Bu işdən sizin mütləq xəbəriniz olmalıdır...
- Yəqin ki... Açığı, səndən eşidirəm ki, müqavilə bağlanıb.
- Niyə məhz Vobayla Sadiqov?
- Rəşad Sadiqov və Vobay özlərinə məxsus oyun stili olan bir futbolçulardır. Düşünürəm ki, bu iki oyunçu hansı komandada oynasa, böyük xeyir verəcəklər.
- Vobayın nizam-intizamla bağlı probleminin olduğunu bilirsiniz?
- Vobay gəlməmişdən öncə ona yəqin deyiblər ki, “Neftçi”də belə bir məşqçi işləyir. O adam intizamsızları tərbiyələndirir.
- Çempion komanda “Bakı”ya niyə uduzdu?
- Həmin oyunda gənclərə bel bağlamışdı. Daha təcrübəli oyunçuları ehtiyatda saxladıq. Bizim üçün əhəmiyyətsiz oyun idi.
- Həmin oyundan öncə Yaşar Seyidovla aranızda yenə qalmaqal oldu. Sizin kubokun finalını Naxçıvanda oynayaq təklifinizə Yaşar Seyidov "bir araşdırın görün onu Naxçıvana buraxırlar ya yox"? dedi...
- Yaşar Seyidov sadəcə “gəvəzə”dir (çox danışan). O, gündəmdə qalmaq üçün lazım olan, olmayan hər şeyi danışır. Ancaq unutma, mən xalq düşmənio deyiləm. Naxçıvanın əsl yetirməsiyəm. Danışır özü üçün... Mənim daha vacib işlərim var.
- Komanda ilə bağlı daha hansı planlarınız var?
- Hələ heç nə.
- Bildiyim qədəri ilə daha 3 legioneri gətirmək istəyirsiniz...
- Açıqlamalar danışıqların nəticəsinə uyğun olaraq, veriləcək.
- Vobayla Rəşadın yaxın günlərdə məşqlərə qoşulmaq ehtimalı var?
- Yalançı olaram.
- Bildiyimizə görə, siz Röyanın fanatısınız. Kubokun finalında da məhz sizin üçün o oxuyacaq....
- Bəli, Röyanın gəlişindən əlavə stimul alacağam O mənə əlavə stimul verəcək.