Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
09.05.2012 / 0 şərh / 14705 -dəfə baxılıb

Bakı heç vaxt çirkin oyunlarda iştirak etməyib (Müsahibə)

“Bakı” futbol komandasının baş məşqçi əvəzi Novruz Əzimovun müsahibəsi

- Mayın 11-də “İnter”lə Unibank Premyer Liqasının XXXII tur matçına çıxacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Hazırlıq prosesi normaldır. Sadəcə, Uinston Parks, Aleksandr Şoliç, Maris Verpakovski və Novruz Məmmədovun zədəli olması bizi narahat etməyə bilməz. Verpakovski mövsümün sonunadək sıradan çıxıb. Qalan oyunçuları “Neftçi” ilə mayın 17-də keçirəcəyimiz Azərbaycan Kubokunun final matçınadək yetişdirməyə çalışırıq.

- “Bakı”nın Premyer Liqada mükafatçılar sırasına düşə bilməyəcəyi artıq dəqiqləşib. Bu baxımdan, “İnter”lə son oyunda ehtiyat qüvvədən yararlanmağınız mümkündürmü?
- Sözsüz ki, biz hazırda daha çox kubokun finalını düşünürük. Amma kim sıradadırsa, ondan həm “İnter”, həm də “Neftçi” ilə növbəti matçlarımızda yararlanmaq niyyətindəyik.

- Amma əsas heyət üzvlərini “İnter”lə matçda meydana buraxmamağınız “Xəzər Lənkəran” və ya “Qarabağ” düşərgəsində birmənalı qarşılanmaya bilər...
- İstəyirlər birmənalı qarşılasınlar, istəyirlər onmənalı. “Bakı” heç vaxt çirkin oyunlarda iştirak etməyib. Kim “İnter”ə bilərəkdən uduzacağımızı düşünürsə, bizə qarşı hörmətsizliyə yol verir. Komandamız Uinston Parks, Aleksandr Şoliç kimi ön xətt oyunçularının xidmətlərindən məhrum olub. Heç kim Şoliçin hazırkı vəziyyətindən xəbərdar deyil. Halbuki əvvəlcə onun sol, sonra isə sağ almacıq sümüyü qırılıb.

- Şoliçin kubok matçında şlemlə meydana çıxması mümkündür?
- Hər şey tibbi müayinədən sonra məlum olacaq. Hələ kubok matçına bir həftədən çox vaxt var. Çalışırıq ki, onu sıraya qaytaraq.

- Aleksandr Starkovun baş məşqçiliyi dövründə çətin vəziyyətlə üzləşmiş “Bakı” artıq Avropa Liqasına vəsiqə qazanıb. Rəhbərlik Sizə yeni müqavilə təklif etməyib?
- Hazırda məni bu yox, kubokun finalı düşündürür. Hər şey mövsümün yekunlarından asılı olacaq. Özüm rəhbərliyin istənilən qərarına hörmətlə yanaşacağam. Qalmağımı məsləhət görsələr, qalacağam.

- Bəs komandanı kimlərin tərk edəcəyi dəqiqləşib?
- İndidən ad açıqlamaq düzgün olmaz. Mövsüm yekunlaşmamış kimlərin gedəcəyini demək komandamızın digər üzvlərinə mənfi təsir edə bilər. Ona görə də hər şeyə kubokun finalından sonra aydınlıq gələcək.
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.