Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Rəylər
16.05.2012 / 0 şərh / 13817 -dəfə baxılıb

Yunis müəllim yaxşı məşqçi olmaqla yanaşı, həm də güclü psixoloqdur (Müsahibə)

 “Xəzər Lənkəran”ın serb müdafiəçisi Stevan Batesin müsahibəsi

- Premyer Liqanın son turunda “Qarabağ”la tale yüklü oyuna çıxdınız. Belə asan qələbə qazanacağınızı gözləyirdinmi?
- Bu həm bizim, həm də “Qarabağ” üçün son şans idi. Rəqibimiz üç ildir Azərbaycanı avrokuboklarda uğurla təmsil edir. Bütün bunları nəzərə alıb matça hazırlaşmışdıq. Onların da görüşə ciddi yanaşdıqlarını bilirdik. Amma “Qarabağ” gözlədiyimiz oyunu göstərə bilmədi. Ola bilsin bizim erkən qol vurmağımız onları “sındırdı”.

- Avropa Liqasında iştirak etmək hüququ qazandınız. “Xəzər Lənkəran”ın avrokuboklardakı şansını necə dəyərləndirirsən?
- Şans hər zaman var. Mən Azərbaycana ilk dəfə 2004-cü ildə gəlmişəm. Həmin vaxt gənclər yığmasının oyunçusu idim. O zamanlar heç ağlıma da gəlməzdi ki, bu ölkədə oynayacağam. Bu səbəbdən də heç nə mümkünsüz deyil. Təbii ki, püşkdən də çox şey asılıdır. Burada Yunis Hüseynov faktorunu da nəzər almaq lazımdır. O, Avropada mərhələ keçən ilk məşqçinizdir. Yəni bu baxımdan onu təcrübəli saymaq olar. İnanıram ki, Yunis müəllimin rəhbərliyi altında eyni uğuru təkrarlayacağıq. “Trabzonspor” bu mövsüm Çempionlar Liqasında necə ki “qara dəniz fırtınası” əsdirdi, biz də “Xəzər fırtınası” əsdirmək istəyirik. Bu yolda azarkeşlərimizə də ehtiyacımız var.

- Qış fasiləsində “Xəzər Lənkəran”a keçmişdin. İlk vaxtlar müntəzəm iştirak etsən də, Yunis Hüseynovun gəlişindən sonra ehtiyatda qaldın. Bunun səbəbi nədir?
- Bilirsiniz, komandaya gec qoşulduğum üçün uyğunlaşma problemi yaşadım. Həm də mən gələndə mövqeyimdə olan futbolçular artıq neçə il idi ki, burada idilər. Heyət komplektləşmişdi. Belə vəziyyətdə birdən-birə əsas heyətə düşmək çox çətindir. Ancaq bunu bacaracağıma inanıram. Bu gücü özümdə görürəm. Mən peşəkar futbolçuyam, başımı aşağı salıb məşqimi edirəm və şansımı gözləyirəm. Yunis müəllimdən isə yalnız və yalnız razılıq bildirə bilərəm.

- “Bakı”dan ayrıldıqdan sonra Serbiyanın “Rad Belqrad” klubu ilə üçillik müqavilə bağladın və icarə əsasında “Xəzər Lənkəran”a gəldin. Bundan sonrası üçün nə etməyi düşünürsən? Məxsus olduğun komandaya dönəcəksən, yoxsa “Xəzər Lənkəran”da qalacaqsan?
- İcarə müddətimin başa çatmasına hələ bir il qalır. Burada hər şey ürəyimcədir.

- Ölkəmizdə ilk klubun “Bakı” olub. Oradakı illərini necə xatırlayırsan və “Bakı”dan ayrılma səbəbin nə oldu?
- Mənim üçün Azərbaycanda iki güclü komanda var: biri “Xəzər Lənkəran”, digəri isə “Bakı”. “Bakı” Azərbaycanın brendidir. Bu komandaya hər zaman qəlbimdə yer olacaq. Rəhbərliklə və futbolçularla da münasibətim çox yaxşı idi. Oradakı oyunçularla hələ də münasibətim var. “Bakı” belə heyətlə mütləq medallar uğrunda mübarizə aparmalı idi. Heyf ki, bu cür komandanı Starkov məhv etdi. Mənim də ayrılmağımın səbəbkarı elə bu məşqçi oldu.

- “Bakı” mayın 17-də ölkə kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq. Yəqin ki, “Bakı”nın qələbəsini arzulayırsan...
- Əlbəttə. Çünki bu komandaya qarşı məndə böyük hörmət var.

- “Bakı” ilə “Xəzər Lənkəran” arasında nə kimi fərqlər var?
- Yalnız taktiki cəhətdən fərq var. Şərait baxımından komandalarda vəziyyət eynidir. Vaxtlı-vaxtında hər şeylə təmin olunuruq.

- Ölkəmizdə bir neçə məşqçinin rəhbərliyi altında oynamısan. Hansı səndə daha xoş təəssürat oyadıb?
- Bülənt Qorxmaz və Yunis Hüseynov.

- Bülənt Qorxmazın “Bakı”ya dönmək ehtimalı var. Buna necə baxırsan?
- Çox gözəl olar. “Bakı” rəhbərliyi bununla uğurlu addım atar. Qorxmaz həm böyük kapitan, həm yaxşı məşqçi, həm də gözəl insandır.

- Bəs Yunis Hüseynovu hansı xüsusiyyətinə görə bəyənirsən?
- Yunis müəllim yaxşı məşqçi olmaqla yanaşı, həm də güclü psixoloqdur. Bizim 6 xalımız silinəndə, o, futbolçuları psixoloji gərginlikdən çıxardı. Tez-tez yığıb bizə ürək-dirək verirdi, avrokuboklara gedəcəyimizə inandığını bildirirdi. Məşq zamanı hiss edirəm ki, güclü futbolçu olub. Çünki Hüseynovun indiki yaşında sol ayağı ilə vurduğu güclü zərbələri mən vura bilmirəm.

- Serbiya futbolunun hazırkı durumunu necə təhlil edə bilərsən?
- Hazırda Avropanın aparıcı ölkələrində güclü futbolçularımız yer alsa da, komandamız Avropa çempionatına vəsiqə qazana bilmədi. Halbuki biz əvvəllər dünya və Avropa çempionatlarında müntəzəm çıxış edərdik. Bizim Miyatoviç, Draqan Zayiç, Kovaçeviç kimi məşhur futbolçularımız olub.

- Bizim də Qurban Qurbanovumuz olub...
- Nəyə işarə vurduğunuzu gözəl başa düşdüm. Qurban Qurbanovun vurduğu yara Serbiyada hələ də sağalmayıb. Düzdür, Azərbaycan millisi üzərində 6:1 hesablı qələbəmiz də olub. Amma Qurban Qurbanovun qollarını indi də unuda bilmirik.

- Karyeranı bitirdikdən sonra yəqin ki, futbolun içində qalacaqsan...
- Yəqin ki, təxminən 10 ildən sonra baş məşqçi kimi çalışmağa başlayaram. Çox istərdim ki, sevimli komandam “Milan”a rəhbərlik edim.

- Serbiyanın gənclər millisində çıxış etmisən. Həmin vaxt indiki ulduzlardan kimlərlə çiyin-çiyinə oynamısan?
- Branislav İvanoviç, Mirko Vuçiniç, Nemanya Vidiç kimi məşhur futbolçularla bir yerdə oynamışam. Amma onlarla indi münasibətimiz yoxdur.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.