Rəylər
- 14.06.2012 / 0 şərh / 18245 -dəfə baxılıb
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev hazırlıq barədə klubun rəsmi saytına danışıb:
"Hələlik gündə 2 dəfə,səhər və axşam saatlarına məşq təyin etmişik. Bu məşqlərdən biri fiziki, digəri isə taktiki tapşırıqlar üzərində qurulub. Düşərgəmizdə əla abu-hava hökm sürür, bütün futbolçular məşqlərdə səylə çalışır. Hazırlıq prosesinə gəncləri də cəlb etmişik".
"Futbolçuların hazırlığı üçün zəruri olan hər şərait burada yaradılıb. Təbii ki, biz də klub rəhbərliyinin bu diqqət və qayğısı müqabilində komandanı yüksək hazırlıq səviyyəsinə gətirməliyik" - deyə Hacıyev bildirib.