Rəylər
- 15.06.2012 / 0 şərh / 17146 -dəfə baxılıb
Türkiyə hazırlıqlarını davam etdirən "Neftçi" PFK-nın kapitanı Rail Məlikov fikirlərini klubun rəsmi saytına danışıb:
"Hazırda əsasən fiziki göstəricilərimizi yaxşılaşdırmaq istiqamətində məşqlər edirik. Hər kəs məşqlərə ciddi və məsuliyyətlə yanaşır. Çalışırıq ki, məşqçilərimizin verilən tapşırıqları hərtərəfli yerinə yetirək. Qarşıda bizi Avropanın ən nüfuzlu klub turnirində çıxış gözləyir. Ölkəmizi bu yarışda layiqincə təmsil edəcəyimizə inanıram".