Digər
- 04.03.2012 / 0 şərh / 2732 -dəfə baxılıb
Yıldırım Dəmirörənin TTF başçısı seçilməsindən sonra "Beşiktaş"da prezidentlik vəzifəsinə ən real namizədlərdən hesab olunan Mübariz Mənsimov klub rəhbərliyinə fantastik vəd verib. Türkiyə mətbuatı xəbər verir ki, azərbaycanlı iş adamı prezident seçiləcəyi təqdirdə komandaya 500 milyon dollar vəsait ayıracağını bildirib:
"Məni prezident seçsələr, nəinki 100, komandaya 500 milyon dollar ayıraram".
Hazırda maliyyə baxımından sıxıntı çəkən "Beşiktaş" rəhbərliyinin bəzi üzvləri Mənsimovun prezident seçilməsini dəstəkləyir. Əksəriyyət isə "Palmali" Şirkətlər Qrupunun rəhbərinin "ağ-qaralar"ın prezidenti olmağını istəmir.