Digər
- 08.03.2012 / 0 şərh / 2882 -dəfə baxılıb
Dünya milyardçılarının yeni siyahısında azərbaycanlı işadamı Mübariz Mənsimov da var. Məşhur “Forbes” jurnalının siyahısında 69 milyard dollara sahib Karlos Slim Helu yenə birincidir. Son üç ildə lider olan meksikalı telekomunikasiyaçının sərvəti 2011-də 74 milyard olub. Helunu 61 milyardla amerikalılardan “Microsoft” firmasının qurucusu Bill Qeyts və 44 milyardla iş adamı Varren Baffet izləyir.
Bu dəfəki siyahıya 128 yeni milyardçı daxil olub, 117-si isə buranı tərk edib. Ötən il siyahıda 1210 nəfər olduğu halda, bu dəfə miyardçıların sayı rekord vurub - 1226.
Əvvəlki siyahıda olanların ümumi sərvəti 4.5, yenisində isə daha çox - 4.6 trilyon təşkil edir.
Bu il türklərdən 35 şəxs onlar sırasında yer alıb. Ötən il bu rəqəm 39 olub.
Türkiyədən ən öndə gedənlər Hüsnü Özyeğin (Fiba Holding-3 milyar dollar) 377-ci, Mehmet Emin Karamehmet (Çukurova Holding-2,9 milyar dollar) 401-ci, Murat Ülker (Yıldız Holding-2,8 milyar dollar) 418-cidir.
“Palmali” Şirkətlər Qrupunun rəhbəri və “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimov 1 milyard dollarla 1226 şəxs sırasında 1153-cüdür.