Digər
- 09.03.2012 / 0 şərh / 3805 -dəfə baxılıb
- "Çox şadam ki, Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi. Onu təbrik edirəm. Çünki bu şəxs Azərbaycan futbolunun inkişafı üçün böyük vəsait xərcləyir, xeyli işlər görür". Bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis Azərbaycan millisinin Dubay toplanışındakı uğursuzluğu haqda bunları bildirib: "Məqsədimiz nəticə yox, yeni oyunçuları sınamaq idi. Əgər mənə nəticə lazım olsaydı, hər 3 matçda əsas heyəti buraxıb bütün qarşılaşmalarda qələbə qazanardıq. Lakin biz DÇ-2014-üç seçmə mərhələsinə hazırlaşırıq. Bu üzdən namizədləri yoxlamalıydıq".
Foqts jurnalistlərlə söhbətində Azərbaycan dövlət himnini öyrənmək barədə fikrinin olmadığını bildirib: "Azərbaycan xalqına və onun dövlət atributlarına hörmətlə yanaşıram. Amma himninizi öyrənmək fikrim yoxdu. Unutmayın ki, mən almanam".