Digər
- 25.03.2012 / 0 şərh / 4346 -dəfə baxılıb
- Xoşniyyətli olmayan bir nəfər Facebook sosial şəbəkəsində Yunis Hüseynovun adından qeydiyyatdan keçib. "Yalançı" Hüseynov hətta dostluq qurmağa da imkan tapıb. Onların əksəriyyəti jurnalistlərdir.
Qəribəsi odur ki, jurnalistlərdən heç kim bu barədə Yunis Hüseynovun özündən soruşmaq barədə düşünməyib.
Azerifootball.com bu yanlışı düzəltmək ve dələduzluq barəsində xəbərdarlıq etməyi özünə borc bilir.
Bu mövzu ilə bağlı “Xəzər Lənkəran”ın çalışdırıcısına müraciət etdik. Onun cavabı belə oldu: “Nə Facebook? Mən heç vaxt bu sayta daxil olmamışam! Orada mənim adımdan istifadə edən həmin şəxsin nəyə nail olmaq istədiyini anlamıram. Onun dostları arasinda çoxlu jurnalist var? İnana bilmirəm ki,onlar Yunis Hüseynovun sosial şəbəkədə otura biləcəyini düşünüblər. Məni məsələdən xəbərdar etdiyiniz üçün sizə minnətdaram. Məni həm bu fakt, həm də jurnalistlərin buna inanaraq mənimlə ”dostluq”etməsi təəccübləndirdi. İnternetdən istifadə edirəm, ancaq və ancaq futbol saytlarını izləmək üçün".