Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Digər
10.06.2012 / 0 şərh / 13985 -dəfə baxılıb

Qubada Live Your Goals festivalı (FOTO)

Quba Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı çərçivəsində "Live Your Goals" – "Öz Məqsədini Yaşat" festivalı keçirilib. Tədbirlə əlaqədar əvvəlcə mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında Quba rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, futbol veteranı Asim Xudiyev, Azərbaycan milli komandasının üzvü Mahir Şükürov, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının oyunçusu Jalə Məhsimova və FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu, müğənni Çingiz Mustafayev iştirak ediblər.

Mətbuat konfransı başa çatdıqdan sonra tamaşaçıların alqış sədaları altında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu Top-top Qız rəqs edərək stadiona daxil olub. Tədbirin aparıcısı maskotla bağlı tamaşaçılara ətraflı məlumat verərək festivalı açıq elan edib.

Çıxış edənlər bu festivalın Qubada keçirilməsindən məmnun olduqlarını bildirib, belə tədbirlərin qadın futbolunun təbliğində əhəmiyyətli rol oynadığını qeyd ediblər.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu, müğənni Çingiz Mustafayevin ifa etdiyi mahnılar tamaşaçılarda şən əhval-ruhiyyə yaradıb.

Xüsusi təyin olunmuş məşqçilərin rəhbərliyi ilə futbol meydançasında festivalın qonaqlarına göstərilən master-klass tamaşaçıların böyük marağına səbəb olub.
Festivalın sonunda tamaşaçılar dünya çempionatının maskotu Top-top Qızla şəkil çəkdirmək imkanı əldə ediblər. 
Müəllif: Azerifootball.com     Mənbə: AFFA

Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.