Digər
- 15.06.2012 / 0 şərh / 15615 -dəfə baxılıb
Bakı Texniki Kollecində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri ilə tələbələr arasında görüş keçirilib.
150 nəfərə yaxın tələbənin iştirak etdiyi görüşdə dünya çempionatına hazırlıqla bağlı görülən işlər, bilet satışı, könüllülük proqramı haqqında məlumatlar verilib. Tədbirə böyük maraq göstərən gənclərə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı suallar ünvanlanıb və qaliblər hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, bu, dünya çempionatına hazırlıq çərçivəsində keçirilən sayca 75-ci təqdimatdır. Bu günə qədər paytaxt və region məktəbləri, universitet, kollec, QHT-lərdə eyni tip tədbirlər təşkil olunub.