Mundiala biletlər
- 02.04.2012 / 0 şərh / 2195 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 26-cı turunda Sumqayıtda eyni adlı komanda "Turan"la qarşılaşdı. Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda 1 xala razı oldu - 1:1. Matçdan sonra baş məşqçilər fikirlərini bölüşüblər.
Əsgər Abdullayev: "Oyunun gedişi məni tam qane etmədi. Belə oyunlarda qalib gəlmək çox çətin olur. Mövsümün sonuna yaxın komanda problemlərlə rastlaşır. Qarşıdakı oyunlarda bundan yaxşı oynamalıyıq".
Bernhard Raab: "90 dəqiqə ərzində qalib müəyyən olmadı. Hər iki komanda mübarizə apardı, lakin qələbə qazanan olmadı".