Mundiala biletlər
- 14.06.2012 / 0 şərh / 25885 -dəfə baxılıb
1 yanvar 1959-ci il tarixində Türkiyənin Ordu şəhərində anadan olmuşdur. Orta təhsil müəssəsini doğma şəhərdə bitirdikdən sonra, "Anadoluhisarı Gençlik ve Spor” Akademiyasına daxil olmuşdur.
1989-cu ildə İstanbul Universitetinin "Sağlık Bilmeleri” İnstitutunda Fizioloji Məşq sahəsində magistr diplomunu almışdır. Ardıcılıqla "Qaziosmanpaşa”, "Beşiktaş” və "Qalatasaray” kimi klublarda fəaliyyət göstərmişdir. Hal-hazırda İstanbul Universitetində Bədən Tərbiyə və İdman Kafedrasında dərslər deyir.
Artıq əməkdaşlıq haqqında imzalanmış saziş əsasında türkiyəli mütəxəsis "Rəvan” futbol klubunda baş məşqçi vəzifəsində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, türk futbolunun görkəmli isimlərindən biri olan 53 yaşlı Cevat bəy, "Qalatasaray” kimi köklü bir klubda çalışmış, və adı çəkilən klubla birgə 2007/08 mövsümündə Türkiyə Superliqasında çempionluq sevincini yaşamışdır.