Mundiala biletlər
- 23.06.2012 / 0 şərh / 18864 -dəfə baxılıb
Azərbaycan milli komandasının üzvü Ufuk Budakın Türkiyə Superliqasında çıxış edən klubların maraq dairəsində olduğunu xəbər vermişdik. Gənc sol cinah müdafiəçisi isə "Trabzonspor" yaxından maraqlanırdı. Amma digər bir türk klubu daha erkən tərpənib.
Türk əsilli futbolçu "Eskişehirpsor" klubu ilə 3 illik müqavilə imzalayıb. Klubun rəsmi internet saytının verdiyi açıqlamaya görə, U.Budak "Eskişehirspor" təsislərində idman direktoru Zafer Tüzün, idarə heyətinin üzvləri Əkrəm Birsen və Mustafa Kozanlıoğlunun iştirakı ilə 3 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, U.Budaqın son klubu Almaniyanın "Frayburq" klubu olub.