Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Mühasibələr
06.03.2012 / 0 şərh / 5086 -dəfə baxılıb

ŞOK! Kamran Ağayev İslam Cabbarlını ittiham etdi (Müsahibə)

“Xəzər Lənkəran" klubunun qapıçısı Kamran Ağayevin müsahibəsi

- Kamran, bildiyimizə görə zədəlisən. Problem nədədir?
- Sağ ayağımın əzələsində yırtıq var və orada gematoma əmələ gəlib. İndi həkimimizin söylədiyinə görə mən 3-4 gün gözləməliyəm ki, şiş keçsin, ondan sonra da müalicəyə başlanacaq. Məni ən azı 2 həftəlik müalicə gözləyir.

- Zədəni “Sumqayıt”la keçirilən oyunda almısan?
- Yox, bu xeyli əvvəl baş verib, hələ komandamızın Türkiyədə keçirdiyi yay toplanışı zamanı. Ancaq onda zədəmi sağaltmışdım. Buna baxmayaraq, bu yaxınlarda millimizin tərkibində Dubayda keçirdiyimiz son yoldaşlıq oyunu zamanı zədə yenidən özünü büruzə verdi. Odur ki, mən əslində indi “Sumqayıt”la oyuna heç çıxmamalıydım, amma özümü yaxşı hiss edirdim və ona görə oyunda iştirak etdim. Ancaq həmin oyundan sonra ayağım yenidən şişdi. Keçdiyim müayinə də əzələmdə yırtıq olduğunu aşkar etdi.

- Həkimlər nə deyir, cərrahiyyə əməliyyatına ehtiyac var?
- Xeyr, əməliyyata heç bir ehtiyac yoxdur. Bu cür zədələrə futbolçularda tez-tez rast gəlinir. Bu, o qədər də ciddi zədə deyil və belə hallarda əməliyyat keçirilmir.

- Kamran, bildiyin kimi, sən “Xəzər Lənkəran” azarkeşlərinin sevimlisisən və onların bir çoxu məhz sənin oyununu seyr etmək üçün stadiona gəlir. Zədən haqqında xəbər isə onları şübhəsiz ki, üzəcək. Sən onlara nə demək istərdin?
- Onlara demək istəyirəm ki, narahat olmasınlar. Çalışacam zədəmi tezliklə sağaldım və mümkün qədər tez bir zamanda yaşıl meydançaya qayıdım. Amma onu da demək istəyirəm ki, azarkeşlərimiz arasında mənə təzyiq edən insanlar var. Onlar mənim haqqımda cürbəcür şayiələr yayırlar. Heç gözləməzdim ki, mənə qarşı bu qədər qərəz olsun. Elə onlardan biri də “12-ci oyunçu” saytının rəhbəridir. O, üzdə mənimlə görüşəndə elə səmimi görsənməyə çalışır ki, kənardan baxan deyər ki, o mənim yaxın dostumdur, ancaq saytında məndən elə şeylər yazır ki... Qismən elə belə insanların yeni uydurmalarına zəmin yaratmamaq üçün öz sağlamlığımın hesabına “Sumqayıt”la oyuna çıxmışdım. Halbuki, mənim yerimdə futbolçuların çoxu heç oynamazdı. Bildiyiniz kimi, mənim zədəmdən başqa digər dərdim də var: atam infarkt keçirib və hazırda xəstəxanadadır, odur ki, mənim ürəyim indi onun yanındadır. Bu vəziyyətdə az futbolçu tapılar ki, oyuna normal köklənib 90 dəqiqə oynasın.

- Keçək komandanın daxilindəki mühitə. Kollektivdə vəziyyəti necə qiymətləndirərdin?
- Komandamızda əhval-ruhiyyə çox yüksək səviyyədədir, mehribançılıq hökm sürür. Biz həmişə çempionluğa oynayan klub olmuşuq və indi də bu məqsədimiz dəyişməz qalır. Düzdür, bildiyiniz kimi, müəyyən adamla əlaqədar bu yaxınlarda elə vəziyyət yaranmışdır ki, hamımız komandadan getməyə hazırlaşırdıq. Ancaq indi vəziyyət tam fərqlidir və biz həmişə olduğu kimi yenə də yüksək titul uğrunda vuruşmaq əzmindəyik.

- Səncə indi yenidən qurulan komanda Avrokuboklarda uğur qazanmağa qadirdir?
- Biz hələlik daxili çempionatı düşünürük. Avrokuboklara hələ vaxt var. İlk növbədə çempionluğu qazanmalıyıq.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.