Çempionat
- 30.04.2012 / 0 şərh / 3816 -dəfə baxılıb
Bu gün Premyer Liqada XXX tura yekun vurulub. Yubiley – XX milli çempionatının qalibinin adına bu gün tam aydınlıq gəlib. Belə ki, “Neftçi” “Qarabağ” üzərində qazandığı qələbə, ən yaxın izləyicisi “Xəzər Lənkəran”ın “İnter”lə səfər oyununda xal itirməyi onu sona 2 tur qalmış əlçatmaz edib. Bununla da “ağ-qaralar” ardıcıl 2-ci il çempionluğu mövsüm bitməmiş bayram edir.
Böyükağa Hacıyevin çalışdırdığı komanda mayın 17-də “Bakı” ilə Azərbaycan kubokunun finalında da qalib olarsa, mövsümü “qızıl dubl”la başa vurmuş olacaq.