Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Çempionat
01.05.2012 / 0 şərh / 3842 -dəfə baxılıb

Sumqayıtın xilas planı?

Dünən AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. Tədbirdə UEFA və premyer-liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 15 klubun (7 UEFA klub yarışlarında, 8 isə premyer-liqa klub yarışlarında) sənədlərinə baxılıb. İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində "Karvan" FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina edib. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında "Karvan" FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.

Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. 2012-2013 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdakı klublara lisenziya verilsin (ƏSAS: UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 9-cu maddəsinin 13-cü bəndi (versiya 4.0): AZAL FK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" FK, "İnter" PİK, "Neftçi" PFK, "Xəzər-Lənkəran" FK.

2. 2012-2013 Azərbaycan premyer-liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdakı klublara lisenziya verilsin (ƏSAS: Azərbaycan Futbol premyer-liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndi (versiya 3.0): "Rəvan" FK, "Kəpəz" FK, "Simurq" FK, "Sumqayıt" FK, "Turan" PFK.

3. Azərbaycan Futbol premyer-liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq "Qaradağ-Lökbatan" və "Bakılı" FK-nın 2012-2013 Azərbaycan futbol premyer-liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.

4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, "Qaradağ-Lökbatan" I divizionun qalibi kimi premyer-liqaya vəsiqə qazanıb. "Karvan" lisenziyadan, həm də elitadan imtina etdikdən sonra isə yüksək dəstəyə birbaşa vəsiqə qazanmaq üçün "Neftçala"ya əla şans yaranıb. Amma...

Amma məsələnin başqa tərəfi də var. Belə ki, gəzən şayiələrə görə, AFFA-nın son qərarı gələn mövsümlə bağlı planların qurulduğundan xəbər verir. Belə ki, federasiyanın şəxsi imkanları hesabına ərsəyə gətirilən "Sumqayıt" demək olar, elitanı tərk edib. Milyonların sərf olunduğu "yeni "Şəfa" ümidləri doğrultmadı və xərclənən vəsait havaya sovruldu. Lakin AFFA bu komandanın elitanı tərk etməsi ilə barışmır. Premyer-liqanı tərk etməyə ikinci namizəd "Turan"dı. Amma AFFA Tovuz təmsilçisinin də elitadan getməsini istəmir. Məhz elə buna görə belə bir plan işlənib-hazırlanıb ki, Tovuz və Sumqayıt klubları güclülər arasında saxlanılsın. "Karvan"ın əvvəlcə Lisenziyalaşdırma Komissiyasına müraciət edib, sonradan bundan imtina etməsi, I divizionun 3-cü pilləsində qərarlaşan "Neftçala"nın ümumiyyətlə, lisenziya almaq istəməməsi də bunun göstəricisidi.

Ancaq o da var ki, bu klublar özləri işini düzgün qurmayıbsa, buna görə AFFA-nı qınamağın yeri yoxdu. Klublar lisenziya üçün hansı tələblərin olduğunu əvvəldən bilirdi. Böyük vəsait xərcləyib I divizionun qalibi olan lökbatanlılar klub strukturunun qurulmasına da fikir verməli, tələbləri yerinə yetirməliydi.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin məsələyə münasibəti isə belə olub: "Bizdən soruşmayıblar ki, "Qaradağ"a lisenziya verək, ya yox? Bunun səbəbini bilmirəm. Mən də oxudum ki, "Qaradağ"a lisenziya verilməyib. Bu klubun rəhbərliyi var. Onlar yəqin ki, apellyasiya şikayəti verəcəklər. "Qaradağ"a lisenziya verilməməsinin "Sumqayıt" və ya "Turan"la bağlı olması fikri yalnışdı. Belə bir şey yoxdu. Mövsümün sonunda iki komanda premyer-liqanı tərk edəcək. Lakin aşağıdan gələn olmasa, məcbur olub sayı qorumalı olacağıq".
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.