Çempionat
- 05.05.2012 / 0 şərh / 13829 -dəfə baxılıb
- Bu gün futbol üzrə Unibank Premyer Liqadasında XXXI turun 3 oyunu keçirilib. İlk “altılığ”ın oyunları arasında əsas diqqət Ağdama yönəlmişdi. 3 ildə avrokuboklarda ən yaxşı təmsilçimiz olan “Qarabağ” “İnter”i qəbul edirdi və bu oyunda xal itirəcəyi təqdirdi qitə miqyaslı turnirlərdən kənarda qalacaqdı. Gərgin keçən oyunda Ağdam klubu meydana sonradan daxil olan Rauf Əliyevin qolu ilə qələbə əldə edib. Bu nəticədən sonra “Qarabağ” eyni xala malik olan “İnter”-i 3-cü pillədən salıb. Bu komandalardan hansının avrokuboklara yollanacağı son turda məlum olacaq.
Digər maraqlı oyun Lənkəranda keçirilib. “Qəbələ” avrokuboklara yollanmaq şansını saxlamaq üçün “Xəzər Lənkəran”ı mütləq məğlub etməli idi. Lakin komandanın əsas oyunçularından olan Aleksandr Çertoqanov 30-cu dəqiqədə qırmızı vərəqə almaqla futbolçu yoldaşlarını və baş məşqçisini pis vəziyyətdə qoyub. Oyun isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə də “Qəbələ” Avropa miqyaslı turnirlərə qatılmaq imkanından məhrum olub.
İlk “altılığ”ın digər qarşılaşması “Neftçi” ilə “Bakı” arasında keçirilib. Çempionluğunu keçən həftə elan etmiş “Neftçi” paytaxt derbisində meydana ikinci heyətlə çıxıb. Oyun “Bakı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Xəzər Lənkəran” – “Qəbələ” - 1:1
Qollar: Adrian Pit 59 - Viktor Mendi 89
“Qarabağ” – “İnter” - 1:0
Qol: Rauf Əliyev 76
“Bakı” – “Neftçi” - 1:0
Qol: Nurlan Novruzov, 44